Modern.az

CHP lideri Gülənə QAHMAR ÇIXDI

CHP lideri Gülənə QAHMAR ÇIXDI

Təhsil

14 Dekabr 2014, 13:03


CHP lideri Kamal Kılıçdaroğlu hüquq-mühafizə orqanlarının bu gün səhər Fətulla Gülənə məxsus media qurumlarına qarşı apardığı əməliyyatı pisləyib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, CHP rəhbəri bunun demokratik proseslərə zidd olduğunu bəyan edib.

Kamal Kılıçdaroğlunun sözlərinə görə bu, təzyiqdir: “Məzlumun kimliyini soruşmzalar. Biz hər zaman məzlumların yanındayıq. Sabah tezdən jurnalistlərin həbsə alınması, televiziyalara basqın edilməsi nə olursa olsun, qəbul edəcəyimiz bir şey deyil”,-deyə Kılıçdaroğlu söyləyib.  

Qeyd edək ki, bu gün səhər saatlarında dövlət içərisində “paralel qurum” yaratmaqda şübhəki bilinən şəxslərə qarşı polis əməliyyata başlayıb. Həbs edilənlər arasında “Samanyolu” televiziyasının rəhbərliyi də daxil olmaqla, tanınmış jurnalistlər var.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı