Bu gün Beynəlxalq Muğam Mərkəzində “İrəli” İctimai Birliyinin təsis edilməsinin 6 illiyi ilə əlaqədar tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “İrəli”İB –nin sədri Mirhəsən Seyidov təşkilatın yarandığı gündən bu yana Azərbaycanda gənclər siyasəti istiqamətində gördüyü işlərdən danışıb.““İrəli”İB ölkə başçısı İlham Əliyevin doğum günündə yaradılıb. Biz gənclər təşkilatı olaraq, prezidentimizin siyasi kursunu hər zaman dəstəkləyirik. Və təşkilatımızın da əsas məqsədi gənclərimizin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək və gənclərin fərdi inkişafına töhfə verməkdir”.
M. Seyidov bildirib ki, təşkilat təsis gününü sabah cəbhə xəttində əsgərlərlə birlikdə qeyd edəcək.
Sonra “İrəli”nin 6 ay müddətində görülən işlərin təqdimatına həsr olunmuş videoçarx nümayiş olunub və təşkilatın loqosunun, korporativ üslubunun və saytının təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev “İrəli”-nin gənclər təşkilatları arasında qazandığı nüfuzdan danışıb: “Azərbaycanda gənclərlə bağlı həyata keçirilən layihələr onu göstərir ki, gənclərə diqqət var və bu istiqamətdə çox böyük işlər görülür. Gənclər siyasətinin əsas məqsədi isə gənclərdə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsindən ibarətdir. “İrəli”İB-i bu gün təsis olunduğu gün cənab prezidentimizin doğum gününə təsadüf edir. Burdan mən də cənab prezidenti təbrik edir və ona görəcəyi işlərdə müvəfəqiyyətlər arzulayıram”.
Daha sonra çıxış edən Prezident Administrasiyasının Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev “İrəli”İB digər təşkilatlar arasında özünəməxsus nüfuza malik olduğunu söyləyib:”Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Amma “İrəli”-nin bu təşkilatlar arasında öz nüfuzu var. Bu təşkilatin bilavasitə yaranma məqsədi də başqadır. Bu gün gənclərin bu təşkilata üz tutması və burda təmsil olunmaq istəmə cəhdi, bir daha onu göstərir ki “İrəli” İB gənclər təşkilatı olaraq, həyata keçirdiyi bütün layihələrə gənclər maraq göstərirlər. Bütün təşkilat üzvlərini təbrik edirəm və ümid edirəm ki, onlar bu aktivliklərini hər zaman bu şəkildə qoruyub saxlaycaqlar. Sonda isə bütün gənclərə hansı sahədə olmasından asılı olmayaraq, daim irəlidə olmağı arzu edirəm”
Təqdimatda Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək, İlham Əliyevin apardığı uğurlu siyasətdən danışıb:”Bu gün gənclərin bir çox sahələrdə gördüyü işlər və qazandıqları uğurlar prezidentimizin uğurla yürütdüyü gənclər siyasətinin bariz nümunəsidir. “İrəli”İB-də bu gün gənclər təşkilatı olaraq, uğurlu işlərə imza atır. Onlara bu istiqamətdə daha böyük müvəfəqiyyətlər arzu edirəm. Bu gün cənab prezidentimizin ad günüdür. Burdan prezidentimizi təbrik edir və bütün gənclərə prezidentimiz qədər öz vətənlərini sevməyi, vətənpərvər olmaqlarını arzu edirəm”.
Pərvin Arzuqızı