Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç hesab edir ki, onun hakimiyyətdən uzaqlaşdırılması qanunsuz olub. Modern.az xəbər verir ki, o, “Arqumenti i Faktı” qəzetinə müsahibəsində bunu bəyan edib:
“Bu qərar tamamilə Konstitusiyaya zidd olub. Bu, xüsusi komissiya yaradılmadan, Ali və Konstitusiya məhkəmələrinin qərarları olmadan baş verib. Ancaq ən göz önündə olan qanunsuzluq mənim vəzifədən kənarlaşdsırılmağımla bağlı minimum tələb olunan 338 deputatın yerinə, 328 nəfərin səs verməsidir. Dövlət çevrilişini təşkilatçıları bu qərarı qəbul etməklə son həddi keçiblər – onlar ölkənin konstitusiyalı quruluşunu deviriblər”.
Yanukoviçin fikrincə, bu səbəbdən müxalifətin yalnız bir variantı qalıb. O, bəyan edib ki, ölkədən getmək qərarı müxalifətin liderlərinin onu öldürməyə cəhd etmələri səbəbindən verilib.
Modern.az