Modern.az

Deputatdan irad: “İclasla vaxt keçirmək kifayət deyil”

Deputatdan irad: “İclasla vaxt keçirmək kifayət deyil”

Təhsil

24 Dekabr 2014, 16:21


Bu gün İnsan Hüquqları İnstitunda Milli fəaliyyət Proqramının 2.1 bəndinin icrasına müvafiq olaraq hesabat xarakterli dəyirmi masa keçirilib.

Modern.az saytının məlumatına görə institutun direktoru,  deputat Aytən Mustafayeva çıxışı zamanı qondarma erməni soyqırımın 2015-ci ildə keçiriləcək 100 illik tədbirindən danışıb.    

O qeyd edib ki, erməni lobbisinin uydurma soyqırımı ilə bağlı gözlənilən təxribatlarına qarşı hər zaman işlər görülüb və bundan sonra da bu davam edəcək. Aytən Mustafayeva xatırladıb ki,  “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi yazılıb.      

“Hazırda həmin kitabın rus dilinə tərcüməsi bitmək üzrədir. Qeyd etməliyəm ki, prezidentin dəstəyi ilə Nazirlər Kabineti tərəfindən bu layihəyə maliyyə dəstəyi göstərilib. Bu 3 cildlik rus, ingilis və ərəb dilində olacaq.  Fevrala kimi çapının başa çatması gözlənilir. Biz xüusilə ərəb ölkələrini yaddan çıxarmamalıyıq. Prezident İlham Əliyev səfirlərlə görüşü zamanı dedi ki, ərəb dünyası bu problem barədə məlumatsızdır. Ona görə də kitabıın ərəb dilində tərcümə olunması vacibdir”.  

Azərbaycan ərazilərinin Ermənistanın silahlı təcavüzü nəticəsində məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, deputat  Xanhüseyn Kazımlı isə  bildirib ki, erməni yalanlarını ifşa etmək üçün  kifayət qədər işlər görülür. Bu işlərin mütəmadi olaraq bundan sonra da dava etdiriləcəyini deyən X.Kazımlının sözlərinə görə, onların görülməsi üçün vəhdət kömək lazımdır:  

“Erməni yalanlarını ifşa etmək üçün birləşərək vəhdət şəkildə çalışmaq lazımdır. Bu məsələ çox da asan deyil. Hamımız toplantılarla vaxt keçirməyək, artıq işlərimizi əməldə göstərməliyik. Unutmayaq ki, Azərbaycanı istəməyən dovletler coxdur. Ona görə də cənab prezidentin ətrafında sıx birləşməliyik”.

Namidə Bingöl 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı