Modern.az

Ağdamın ikinci şəhəri

Ağdamın ikinci şəhəri

Təhsil

24 Dekabr 2014, 23:23

Quzanlı mənim  üçün doğma kəndim olmaqla yanaşı, həmdə  ilk əmək fəaliyyətimə başladığım yerdir. Min bir əzab-əziyyətlə və həvəslə  yaratdığım Quzanlı kənd orta məktəbindəki rus dili kabinetinin həndəvərindən belə bu gün keçməyə ürəyim gəlmir...

Mənim kimi yüz minlərlə gəncin ən qaynar dövrü təəsüf ki, münaqişə dövrünə düşdü. Beş ilə yaxın hər birimiz səksəkədə yatıb, səhəri gün hansı hadisə ilə qarşılaşacağımaza belə proqnoz verə bilmirdik...

Yenidənqurma siyasəti  yetmiş il hökmran olmuş kommunist partiyasını süquta yetirdi. Dolayısıyla komsomol təşkilatı  məhvə getdi, onlarca təşkilatın fəaliyyəti ya dayandı, ya da profili dəyişdi. Ancaq nəticədə azad, müstəqil dövlət yaratmağımıza şükr etdik...

Azadlıq carçılarımız arasında olan bəzi  “qəhrəmanlar” isə xalqı pərakəndəliyə yuvarlamaqla, nəticədə ölkəni birləşməyə deyil, parçalanmağa sövq etdi... Yaxşı ki, onların bu cəhdi alınmadı...

Beləliklə, hər dəfə qəsəbə statusu almış kəndimə gələndə nədənsə o illər xatirimdən çıxmır. Hadisələr o qədər dərin izlər buraxıb ki, iyirmi ildir  üzləşdiyimiz hər bir hadisəni unuda bilmirəm....

Bu illər ərzində şükr etdiyimiz bir də odur ki, Ağdamın 72% -lik ərazisi erməni işgalı altına keçsədə, 28% -lik ərazidə heç olmasa sərbəst hərəkət edə bilirik. Ağdamın havasını sinəmizə çəkməklə, suyunu rahat içə bilirik...

Etiraf etməliyik ki, Ağdam da  artıq  1992- ci ilin Ağdamı deyil.  Azərbaycan  dövlətinin inkişafı sanki özünü ilk olaraq bu rayonda göstərir...

Evə  çatmamış yol yorgunu olsamda möhtəşəm “Çay evi”ni ziyarət edirəm. Ağdam RİH-in başçısı Raqub Məmmədovun təşəbbüsü ilə yenidən inşa edilən üçmərtəbəli   bina ilkin formasına uyğun olaraq inşa edilmişdir. Bu layihəni  1986-cı ildə olduğu kimi memar Naiq Səmədov hazırlayıb. Bir sıra xırda yeniliklər edilsə də görkəmi dəyişməz qalımışdır.

Buna qədər isə Soltanbud təpəsindəki  “Bayraq meydanı”nda olmuşdum. Bayraq meydanına da yeni görkəm verilib. Yüzlərcə “Eldar  şamı” ağacı əkilmis və ən əsası ərazidə damcı suvarma sistemi quraşdırlımışdır. Bütün bunlar son iki - üç ya ərzindəki fəaliyyətin nəticəsidir.

Çay evinədək isə  yeni salınmış  “Heydər Əliyev” prospektində  ciddi abadlıq işləri həyata keçirilmiş və İmamqulubəyli kəndindən Quzanlıyadək uzanan parkın ərazisində onlarca “Xan çinar” və “Eldar şamı” ağacı əkilmiş, fəvvarələr düzəldimlişdir. Hələ işlər davam edir.    

İcra başçısı Raqub Məmmədov bizimlə görüşdə Quzanlıda ilkin olaraq görəcəyi işlər barəsində danışmadan  bizə reallaşdırmaq niyyətində olduğu layihələri təqdim etdi. Qəsəbənin mərkəzində ciddi  və əsaslı abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Artıq Ağcabədi istiqamətində möhtəşəm  giriş qapısının ucaldılmasına başlanılmışdır. Bu ərazidə sakinlərə xidmət göstərəcək avtovağzalın inşası  isə başa çatmaq üzrədir.  “Əsəd bəy”in bağı deyilən ərazidə inşa edilən bu tikinti obyekti az vaxta sərnişinlərin istifadəsinə veriləcəkdir.

Raqub Məmmədovla söhbətimiz xeyli çəkdi. O, həvəslə bizi görülən işlərlə də tanış etdi.

Amma söhbət əsnasında bir məqam diqqətimdən yayınmadı.

-Vüqar, mən Quzanlını rayonda ikinci şəhərə çevirəcəyəm. Görüləcək bu işləri  özümüz üçün bir məşq  hesab edirəm. Qədim  Ağdamımıza qayıtmağın yolu ancaq belə səfərbərlikdən  və məşqdən keçir...

Tarixdə belə hallar çox olub. Berlin kimi qədim bir şəhər XX əsrdə iki dəfə dağıntıya və demək olar ki işğala məruz qalıb. Bugün isə Berlin Avropaya meydan oxuyur.   Misal olaraq Parisi və  Vyananı çəkə bilərik...

Bu gün hər birimizin daxilində belə bir ümid var ki, Ağdamı daha  gözəl, daha da abad quraraq   böyüməkdə olan gənc nəslə üzü ağ təhvil verəcəyik.  İnşallah...

Görüləcək  işlər də isə   tək  rayon rəhbərliyinin deyil, həmdə bütün rayon ziyalılarının üzərinə böyük məsuliyyət düşür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı