Modern.az

Qənirə Paşayeva türkiyəli jurnalistləri Quba Soyqırımı Məzarlığına aparıb - FOTOLAR

Qənirə Paşayeva türkiyəli jurnalistləri Quba Soyqırımı Məzarlığına aparıb - FOTOLAR

Təhsil

25 Dekabr 2014, 10:51

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizdə səfərdə olan GAP Qəzetçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetçilər Birliyinin üzvü, radio temponun sahibi Hamit Özpolat, GAP Qəzetçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetçilər Birliyinin rəhbərinin müavini Durdu Mehmet Taş, Kanal 35TV Yayın Yönetmeni Halit Tunç, Beyaz TV "Dinamıt" proqramının aparıcısı və müəllifi Latif Şimşek Quba rayonuna səfər ediblər.
Qənirə Paşayevanın müşayiət etdiyi türkiyəli KİV rəhbərləri öncə Quba rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayev ilə görüşüblər. Görüşdə  Qubanın tarixi ilə yanaşı  bu günü,  həyata keçirilən tikinti-quruculuq işləri barədə də məlumat verilib.
Qonaqlar öncə Quba Soyqırımı Məzarlığında olublar. Millət vəkili Qənirə Paşayeva qonaqlara Quba Soyqırımı məzarlığı haqqında məlumat verərək, 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və onun acı nəticələri barədə danışıb, Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər bölgələrdə törədilən bu soyqırımları zamanı on minlərlə həmvətənimizin qəddarcasına öldürüldüyünü, xalqımızın qiymətli maddi mədəniyyət abidələrinin məhv edildiyini bildirib:

“Günahsız insanların, özəlliklə körpə uşaqların, qadınların, yaşlı insanların işgəncələrlə öldürülməsini, məsələn, insanların başlarına mismar çalınaraq, yaxud küt alətlərlə qətlə yetirildiyini, qətliam qurbanlarının toplu halda su quyusuna doldurularaq üstlərinin qapadıldığını düşünmək belə ağırdır. Quba Soyqırımı Məzarlığı ermənilərin Azərbaycan xalqına tək XX əsrin sonlarında deyil, həm də əvvəllərində soyqırımı törətdiyini bir daha sübut edir”.
 Qonaqlar Prezidenti İlham Əliyevin Sərəncamı ilə hazırda Quba məzarlığında ermənilərin qanlı izlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan muzeyi də ziyarət ediblər və onlara erməni silahlı dəstələrinin, terror təşkilatlarının dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vandalizm aktları ilə bağlı məlumatlar verilib.
 
Türkiyə KİV nümayəndə heyətinin üzvlərinə Quba Soyqırımı da daxil olmaqla, Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar və materiallarda hədiyyə olunub. Qonaqlar Quba şəhərinə səfər çərçivəsində rayonda həyata keçirilən tikinti-quruculuq işləri ilə geniş tanış olublar. Qubanın tarixi yerlərini, abidələrini, yeni yaradılmış gənclər mərkəzini ziyarət edib, rayon nümayəndələri ilə görüşüblər.







Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı