Modern.az

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana cavab verdi: “Bu, ermənilərin növbəti təxribatıdır”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana cavab verdi: “Bu, ermənilərin növbəti təxribatıdır”

Təhsil

25 Dekabr 2014, 11:02

“Bu, ermənilərin növbəti təxribatıdır. Cəbhəboyu ərazilər tam nəzarət altındadır”. Azərbaycan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən açıqlamada Ermənistan tərəfinin Milli Ordunun guya, itki verməsi barədə bu gün yaydığı xəbərə cavab olaraq belə deyilib.

Açıqlamada qeyd edilib ki, ermənilərin iddia etdiyi kimi, Azərbaycan tərəfinin itki verməsi tamamilə yanlışdır: “Bu, ermənilərin ehtimal oluna biləcək hər hansı təxribatı üçün qabaqcadan informasiya zəminində apardığı təbliğatdır”.

Ermənistan KİV-nin yaydığı məlumata görə, guya dekabrın 24-dən 25-nə keçən gecə saat 01:30-da Azərbaycan hərbi birləşmələri Dağlıq Qarabağın cənub-şərqində iki istiqamətdə kəşfiyyat-diversiya cəhdi ilə əraziyə keçməyə cəhd edib. Məlumatda qeyd edilir ki, guya, cəhdin qarşısı alınıb və hətta Azərbaycan tərəfi itki də verib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı