Modern.az

““Elm haqqında” qanunla bağlı Maliyyə Nazirliyi ilə fikir ayrılığımız var”

““Elm haqqında” qanunla bağlı Maliyyə Nazirliyi ilə fikir ayrılığımız var”

Təhsil

25 Dekabr 2014, 12:26


Bu gün Milli Məclisdə  “Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az saytının məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qanun layihəsi barədə məlumat verib.

O qeyd edib ki, bu illər ərzində “Elm haqqında” qanun layihəsinə Milli Məclis çox böyük əhəmiyyət verib: “Lakin bu, kütləvilik, elmi, hüquqi baxımdan mürəkkəb bir qanundur. Bu qanun layihəsi 40-a yaxın müstəqil ekspertə, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə göndərilib və onların rəy və tövsiyələri öyrənilib. Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsi, TQDK, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası çox geniş rəy və tövsiyələrini bizə  təqdim ediblər. Lakin Maliyyə Nazirliyi ilə müəyyən fikir ayrılıqlarımız var. Guman edirəm ki, bu fikir ayrılıqları yaxın zamanlarda öz həllini tapacaq”.

Şəmsəddin Hacıyev qeyd edib ki, qanun layihəsinin hazırlanmasında  və tövsiyələrin verilməsində ən çox rol oynayan AMEA-dır. Onun sözlərinə görə, əvvəldən axıra qədər bu qanun layihəsi ilə bağlı Elmlər Akademiyasının fikirləri Milli Məclis tərəfindən daim nəzərə alınıb: “AMEA ilə Elm və təhsil komitəsi arasında bu qanuna görə heç bir fikir ayrılığı yoxdur. Demək olar ki, fikirlərimiz üst-üstə düşür. Demək olar ki, bu qanun layihəsi ictimai müzakirədən keçirilmiş hesab oluna bilər”.

Şəmsəddin Hacıyev elmdə olan problemləri mövcud qanunvericik bazasının olmaması ilə əlaqələndirib.

O qeyd edib ki, elmi fəaliyyət və yaradıcılıq qanun layihəsində öz əksini tapıb: “Layihəsdə elmi fəaliyyət liberal proseslərə əsaslanır”.

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı