Modern.az

Gürcüstan prezidenti Moskvaya dəvət olundu

Gürcüstan prezidenti Moskvaya dəvət olundu

Təhsil

25 Dekabr 2014, 13:12


Gürcüstan prezidenti Georgi Marqvelaşvili İkinci Dünya Müharibəsindəki qələbənin 70 illik yubiley tədbirləri çərçivəsində Moskvata dəvət olunub. Modern.az xəbər verir ki,  bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Dəvətin hələ 2014-cü ili iyulunda edildiyi bildirilir. Lakin İsveçrə səfirliyi vasitəsilə göndərilən dəvətdə Marqvelaşvilinin atasının adında yanlışlıq olduğu üçün yenidən Rusiyaya geri göndərilmişdi.

Gücrüstan XİN-i Rusiyadan yanlışlığın aradan qaldırıldığını, amma yeni dəvətin göndərilmədiyini bildirib.

Xatırladaq ki, rəsmi Moskva yubiley tədbirlərində iştirak etmək üçün Hitler əleyhinə yaradılan koalisiyada iştirak edən ölkələrdən biri olan ABŞ-ın dövlət başçısına da dəvət göndərib. Şimali Koreya Xalq Respublikasının lideri Kim Çen In da yubiley tədbirlərinə dəvət olunanlar arasındadır.

Litva prezidenti Dalya Qribuskayte artıq Kremlin dəvətinə “yox” cavabı verib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı