Modern.az

Güclü qar Moskvada hava limanlarını iflic etdi - FOTOLAR

Güclü qar Moskvada hava limanlarını iflic etdi - FOTOLAR

Təhsil

25 Dekabr 2014, 13:57

Moskvanın üç beynəlxalq hava limanında əlverişsiz hava şəraitinə görə onlarla təyyarənin uçuşu ləngiyir. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Vnukovo” hava limanında 20 marşrutla hərəkət edəcək təyyarə hava şəraitinə görə ləngiyir.

“Domodedevo” hava limanında uçuşu həyata keçirə bilməyən reyslərin sayı 77-yə çatıb.

“Şeremetyovo”da isə artıq 10 təyyarə uçuşa hazır olsa da, hava şəraitinə görə ləngiyir.

Məlumatda qeyd edilir ki, ləngimə daha çox Sankt-Peterburq, Misir, bir sıra Avropa ölkəsi, o cümlədən İtaliya, Almaniya, Kipr və Avstriyaya uçacaq təyyarələrdə baş verib.

Digər xəbərdə bildirilir ki, dekabrın 25-də səhər Rusiya paytaxtına güclü qar yağıb və axşamadək davam edəcəyi gözlənilir. Moskvanın küçələrində isə 10 ballıq tıxac da müşahidə olunur.  









Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz