
“Elm sahəsində siyasətin həyata keçirilməsində bir pərakəndəlik var. Kifayət qədər savadlı, bacarıqlı mütəxəssislərimiz var, amma onların imkanları məhduddur”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Bəxtiyar Əliyev deyib.
Onun sözlərinə görə, dosent, professor yeri uğrunda mübarizə elmi göstəricilərə və elmi-pedaqoji fəaliyyətə görə müəyyənləşməlidir. Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, buna uyğun olaraq elm adamlarının əməkhaqqı dövlət tərəfindən müəyyənləşməlidir.
Deputat qeyd edib ki, yaxşı elmi nəticələr əldə edilsə də, bu, innovasiya sahəsində tətbiq edilmir: “Xarici şirkətlər öz ölkələrinin innovasiyalarını bura gətirir, amma Azərbaycan aliminə sifariş vermir”.
Aqşin KƏRİMOV