Nepalda 200 mindən çox heyvanın kütləvi şəkildə qurban edildiyi, Gadhimai festivalı başlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sayları 500 mini keçən Hindistandan və Nepaldan olan hindlinin toplaşdığı Bara bölgəsində olan Gadhimai məbədi qan gölünə dönüb. Məbəddə iki gün içində 200 mindən çox camış, keçi, qoyun, toyuq, siçan, donuz və göyərçin Hindi tanrıçası Gadhimai qüruruna qurban edilir. Heyvan haqları fəalları və dini qruplar, keçən həftələrdə Lay ididə və Gadhimai məbədi yaxınındakı şəhərlərdə festival səbəbi ilə etiraz nümayişləri təşkil edib, ancaq hindli səlahiyyətlilər, ölkənin çox qədim bir ənənəsi olduğu səbəbi ilə heyvanların qurban edilməsinə mane olmayacaqlarını bəyan ediblər.










