Modern.az

Xarici ölkələrdə döyüşmüş 30 Azərbaycan vətəndaşı tutulub

Xarici ölkələrdə döyüşmüş 30 Azərbaycan vətəndaşı tutulub

Təhsil

25 Dekabr 2014, 15:55



Dekabrın 25-də Dövlət Sərhəd Xidmətinin 2014-cü ildəki xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi ke­çirilib.
Modern.az-ın məlumatına görə, müşavirədə bildirilib ki, 2014-cü ildə dövlət sərhədini pozduğuna görə 423, sər­həd rejimi qaydalarını pozudqlarına görə 16  min 2 nəfər saxla­nılıb.

Onların 46,1% Azərbaycan, 18,7% Özbəkistan, 6,4% İran, 4,5% Mol­dova, 4,3% Əfqanıstan, 3,8% Türkiyə, 3,1% Gürcüs­tan, 2,6% Ru­siya, 2,6% Suriya, 1,9% Nigeriya, 1,9 % Ukrayna, 4,1% digər ölkə vətəndaşları ol­ub.

Hesabat dövründə sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda  odlu silahdan istifadə olunub, sərhəd naryadları tərəfindən sərhəd pozucu­ları­na qarşı təlimata uyğun silahın tətbiqi zamanı 2 İran və­tən­daşı ölüb. DSX-nin 1 zabiti yaralanıb.

İl ərzində 2553 nəfər axtarışda olan şəxs tutulub, 272 nəfər saxta, 42 nəfər özgəsinin sənədi ilə və 10 nəfər giz­li şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanıl­ıb.

2014-cü il ərzində 9 milyon 406 min manat dəyərində qaçaqmal tutulub, 317 kq 715 qram narkotik maddənin dövlət sərhədindən keçiril­məsinin qarşısı alınıb. 26,7 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndiril­məsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsə­dilə xarici xü­susi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 2 əcnəbi vətən­daş, məxfi əməkdaşlığa cəlb olunmuş 1 Azərbaycan vətəndaşı barədə mü­vafiq tədbirlər görülüb, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaric­də münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, narkotik mad­dələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cina­yətkar dəstə zərərsizləşdirilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məx­­­sus 53, Rusiya­ya məxsus 28, İrana məxsus 8, Qazaxıstana məxsus 3 gə­miyə, Azərbay­cana məxsus 404 kiçik həcmli üzmə vasitəsinə baxış keçiril­ib. Azərbaycana məx­sus 27 gəmi, Rusiyaya məxsus 3 gəmi, İrana məxsus 3 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycana məxsus 254 qayıq, o cüm­lədən 418 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb.

Hesa­bat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 2 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 5 nəfər vətəndaş xilas edilib.

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulub, üzmə vasitələrinin hərəkəti üçün təhhlükəli olan və xidməti və­zifə­lərin icrasına ciddi maneə yaradan balıq ovla­ma vasitələri – 26,2 min metr tor yığılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı