Modern.az

Azərbaycandan Moskvaya uçan və qayıdan təyyarələrdə ləngimə olmayıb - AÇIQLAMA

Azərbaycandan Moskvaya uçan və qayıdan təyyarələrdə ləngimə olmayıb - AÇIQLAMA

Təhsil

25 Dekabr 2014, 16:04

“Azərbaycandan Rusiya paytaxtına uçan təyyarə reysləri ilə bağlı hər hansı problem yoxdur. Moskvaya və Azərbaycana uçan təyyarə reyslərində təxirə salınanlar olmayıb”.

Bunu Modern.az saytına “Azərbaycan Hava Yolları” QSC (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Qeyd edək ki, dünən axşamdan yağan güclü qar, eyni zamanda güclü külək səbəbindən Moskvanın üç beynəlxalq hava limanında onlarla təyyarənin uçuşu ləngiyir. “Vnukovo” hava limanında 20 marşrutla hərəkət edəcək təyyarə hava şəraitinə görə təxirə salınıb. 
“Domodedevo” hava limanında uçuşu həyata keçirə bilməyən reyslərin sayı 77-yə çatıb. “Şeremetyovo” da isə artıq 10 təyyarə uçuşa hazır olsa da, hava şəraitinə görə ləngiyir.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı