Modern.az

Həbsdəki jurnalist Pərviz Həşimli əfv ərizəsi yazıb

Həbsdəki jurnalist Pərviz Həşimli əfv ərizəsi yazıb

Təhsil

25 Dekabr 2014, 16:06

“Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli əfv ərizəsi yazıb.  Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun  APA-ya verdiyi məlumata görə, P. Həşimli əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.

P. Həşimli Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin hökmlə razılaşmayan P. Həşimli Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Lakin Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı