Modern.az

“Müdafiə Nazirliyi razılıq verməsə, gələcəkdə xeyli problemlər olacaq”

“Müdafiə Nazirliyi razılıq verməsə, gələcəkdə xeyli problemlər olacaq”

Təhsil

25 Dekabr 2014, 16:22


Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi Müdafiə Nazirliyi ilə razılaşdırılmalıdır”. Modern.az saytının məlumatına görə bunu “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.  

O qeyd edib ki, perspektivdə hərbi xidmətdən möhlət hüququ verilməsi məsələsində problemlərin yaranmaması üçün Müdafiə Nazirliyinin fikirləri nəzərə alınmalıdır. “Çünki  Azərbaycanda il ərazində çağırış 4 dəfədir. Buna görə də  bu məsələ gələcəkdə xeyli problemlərə səbəb ola bilər”.

Vahid Əhmədov qanun layihəsinin müzakirəsi zamanı  onu da bildirib ki, alimlərin müdafiə etdiyi elmi işlər Azərbaycana töhfə verməlidir. Deputat hesab edir ki, əks təqdirdə alimlik dərəcəsindən danışmaq olmaz. “Buna görə təklif edirəm ki, “Elm haqqında” qanun layihəsində alimlik statusu ilə bağlı məsələyə yenidən baxılsın”.

Milli Məclis üzvü universitetlərin nəzdində elmi-tədqiqat institutlarının olmasının da əleyhinə çıxıb. Onun sözlərinə görə bu cür elmi müəssisələr AMEA nəzdində fəaliyyət göstərməlidir.

Deputat Fəzail Ağamalı isə bildirib ki,  elmi-tədqiqat institutları elə ali təhsil müəssisələrinin nəzdində olmalıdır: “Buna görə də deputat həmkarımın fikirləri ilə razılaşmıram. Bu gün elmi-tədqiqat institutlarının elmi-tədqiqat əsərləri daha çoxdur”.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı