Yeni il öncəsi “28 Mall” ticarət mərkəzində gecəyə qədər alış-veriş etmək mümkün olacaq. Bu haqda xəbəri Ticarət və Əyləncə Mərkəzinin rəhbərliyi jurnalistlərlə görüşündə açıqlaıb. aksiyasını elan edib. Görüş Ticarət və Əyləncə Mərkəzinin 4-cü mərtəbəsində yerləşən “Kofteci” restoranında baş tutub.
“Gecəyə qədər şopinq” marafonu dekabrın 26-dan 30-dək davam edəcək. Şirkətin marketinq üzrə meneceri Afaq Camalzadə deyir ki, aksiya çərçivəsində müştərilər “28 Mall”da saat 23:30-dək alış-veriş edə biləcəklər və endirimlərdən bəhrələnəcəklər. Bundan başqa aksiya günlərində caz, kvartet və rok musiqisindən ibarət konsert proqramları da təşkil olunacaq.Qeyd edək ki, “28 Mall” Ticarət və Əyləncə Mərkəzinin ümumi sahəsi 25 min kv.metrdir. Mərkəzin ərazisində bir çox tanınmış brend mağazaları, iri supermarket, digər ticarət və iaşə obyektləri fəaliyyət göstərir.
Fərəh Sabirqızı