Modern.az

Adil Qeybulla yeni təşkilatdan danışdı: “Toplantılarımıza Qubad İbadoğlu da qatılır”

Adil Qeybulla yeni təşkilatdan danışdı: “Toplantılarımıza Qubad İbadoğlu da qatılır”

Təhsil

26 Dekabr 2014, 09:56

Bu yaxınlarda Müsavat başqanlığına eks-namizəd Qubad İbadoğlunun tərəfdarları Səxavət Əlisoy və Adil Qeybulla Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) adlı təşkilat yaratmışdılar. Təşkilatın yaradıcılarından olan Adil Qeybulla Modern.az-a açıqlamasında qurumun fəaliyyəti barədə danışıb.

“Səxavət Əlisoyla birgə yaratdığımız təşkilat ətrafında  tez-tez bir yerə yığışıb bəzi məsələləri müzakirə edirik.  Həcmcə daha böyük gələcək siyasi perspektivi olan ictimai təşkilat formalaşdırırıq. Bu təşkilatı xeyli genişləndirmək fikrimiz var. Həmçinin, bizim təşkilatın toplantılarına təbii ki, Qubad İbadoğlu da qatılır. Çünki bizim işimiz birgə işdir. Biz işimizi birgə aparırıq”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı