Modern.az

Azərbaycanda 80 stomotoloji klinika cərimələnib

Azərbaycanda 80 stomotoloji klinika cərimələnib

Təhsil

26 Dekabr 2014, 10:32


Azərbaycandakı stomotoloji klinikaların hamısında vəziyyət eyni deyil. Bəzi belə tibb müəssisələrində baş alan antisanitariya şəraiti bugünün qorxulu xəstəlikləri olan “Hepatit”ə yol açır.

Hazırda Azərbaycanda olan stomotoloji klinikalarda vəziyyət necədir? Bu il ərzində cərimələnənlər olubmu?

Bununla bağlı məlumat almaq üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.

Nazirlik rəsmisi Anar Qədirli Modern.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda ümumilikdə lisenziyası olan stomotoloji klinikaların sayı 265-dir.

O, qeyd edib ki, həmin klinikalardan 109-u  məhz 2014-cü ildə lisenziya alıb. Bu il cərimə olunan stomotoloji klinikalara gəldikdə isə bunların sayı 80-dir.

Klinikalarda çalışan həkimlərdən cəzalananların olub-olmaması barədə isə nazirlikdən hər hansı məlumat olmadığı bildirilib.

Sağlam diş sağlam orqanizm deməkdir. Mütəxəssislərin fikrincə, bir dişin itirilməsi mədə xəstəliklərinə qədər gedib çıxa bilir. Məsələ burasındadır ki, şiddətli ağrıdan can qurtarmaq istəyərkən çəkdirdiyimiz bir dişin ardından digərlərinə də sıra gəlir. Bu minvalla dişlərimizlə sağollaşmalı oluruq. Ağızda qidanı çeynəmək üçün yetərincə diş olmadığından isə həzm problemləri, mədə-bağırsaq xəstəlikləri meydana çıxır.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı