Modern.az

"Müsavatın parçalanmasının səbəbi Qubad İbadoğlu yox, ədalətsizlikdir" - Vurğun Əyyub

"Müsavatın parçalanmasının səbəbi Qubad İbadoğlu yox, ədalətsizlikdir" - Vurğun Əyyub

Təhsil

26 Dekabr 2014, 10:53

Müsavat başqanının müavini Gülağa Aslanlı dekabrın 25-də başqanlığa keçmiş namizəd Qubad İbadoğlu ilə bağlı ciddi ittiham irəli sürüb. Onun fikrincə, sentyabrın 27-də keçirilən seçkinin nəticələri ilə razılaşmayan Qubadoğlu Müsavatda baş verən parçalanmalara səbəb olan lider kimi partiyanın tarixinə düşüb. Qubad İbadoğlunun tərəfdarı kimi tanınan, Müsavat Divanının keçmiş üzvü Vurğun Əyyub Modern.az saytına açıqlamasında ittihama cavab verib:

“Əgər Gülağa Aslanlı hesab edirsə ki, partiya parçalanıb, bunun səbəbini rəhbərlikdə axtarmalıdır. Qurultayda qaydalara zidd hərəkətlər olub, ədalətsizlik edilib. Partiyanın parçalanmasının səbəbi bunlardır, Qubad İbadoğlu yox”.

Onun fikrincə, Müsavatda kimin nə etdiyi göz qabağındadır:  “Partiyanın qurultayında onlar haqsızlıq etdilər. Bunu mətbuat da işıqlandırdı. Bir daha deyirəm, parçalanmanın səbəbini indiki rəhbərliyin davranışlarında axtarsınlar”.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı