Hazırda tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları başa çatıb.
Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.
Bu il tam orta təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin ümumi sayının 2025-ci ildəki 2396 nəfərdən 2026-cı ildə 3332 nəfərə yüksəldiyini (936 nəfərlik və ya 39% artım) müşahidə edilib.
"Müsbət qiymət alanların qeydiyyatdan keçənlərin sayına olan nisbəti (uğur faizi) 2025-ci ildə 34.52%, 2026-cı ildə 41.1% olub. Bu göstəricilər təsdiq edir ki, müraciət edən abituriyentlərin kəmiyyət artımı özünü keyfiyyət yüksəlişində də büruzə verib", - məlumatda qeyd olunub.
Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış olmaq mümkündür.