Modern.az

12 minə yaxın bağça müəllimi sertifikatlaşdırılacaq

12 minə yaxın bağça müəllimi sertifikatlaşdırılacaq

Təhsil

Bu gün, 10:34

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasına başlanılacaq. Prosesin 2026-cı ilin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimi əhatə etməsi planlaşdırılır.

Modern.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, uşağın məktəbəqədər təhsilə çıxışının təmin edilməsi hələ keyfiyyətli təhsil demək deyil. Keyfiyyəti müəyyənləşdirən əsas amillərdən biri uşaqlarla hər gün çalışan tərbiyəçi-müəllimdir.

Eşqi Bağırov qeyd edib ki, son illərdə tərbiyəçi-müəllimlərin işə qəbulu zamanı mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi tətbiq olunur. Bu mexanizm vasitəsilə 1300-ə yaxın yeni ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb edilib.

Agentlik direktoru bildirib ki, tərbiyəçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə geniş diaqnostik qiymətləndirmə aparılıb:

“11 mindən çox tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib, onların peşəkar inkişaf ehtiyacları müəyyən edilib. Növbəti mühüm mərhələ sertifikatlaşdırmadır. İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması təşkil ediləcək”.

Eşqi Bağırov vurğulayıb ki, məktəbəqədər təhsildə əsas yanaşma daha çox uşağın təhsilə çıxışını təmin etmək və onların qarşısına daha hazırlıqlı, peşəkar pedaqoqlar çıxarmaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?