Modern.az

İŞİD lideri xristianlara səsləndi: “Başınızı kəsməyəcəm, donuz əti yeməyin!”

İŞİD lideri xristianlara səsləndi: “Başınızı kəsməyəcəm, donuz əti yeməyin!”

Təhsil

4 Sentyabr 2015, 15:47


İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi Suriyanın Homs şəhəri ətrafındakı 2 kənddə bütün xristianlara təhlükəsizlik təminatı verən sənəd imzalayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sənədə əsasən, xristianlara öz atributlarını (xaç, İncil və s. dini ədəbiyyat) nümayiş etdirmək, öz dini ayinlərini və tədbirlərini müsəlmanların qarşısında keçirmək qadağan olunub.

Bununla belə, təhlükəsizlik təminatı casus və İŞİD-i dəstəkləməyən xristianlara şamil olunmur.

Əl Bağdadi digər qərarı ilə xristianlara 4 dinar məbləğində din vergisi təyin edib. Xristianların silah saxlaması, ictimai yerlərdə donuz əti yeməsi və içki içməsi də qadağan olunub.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı