Modern.az

Bakıda şirkətdən külli miqdarda pul oğurlayanlar tutuldu

Bakıda şirkətdən külli miqdarda pul oğurlayanlar tutuldu

Təhsil

5 Sentyabr 2015, 13:39

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də "Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60 min dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparan Bakı şəhər sakini Azad Həziyev tutulub.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 10-da “Engin” Məhdud Məsuliyyətli Cəmiyyətindən içərisində 51 min  manat olan seyfi oğurlayan rayon sakinləri Elvin Hacıyev, Ceyhun Şükürov və Elşən Mustafayev tutulublar.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!