Modern.az

Ermənistan hökumətinin binasında təhlükəsizlik əməkdaşı özünü güllələdi

Ermənistan hökumətinin binasında təhlükəsizlik əməkdaşı özünü güllələdi

Təhsil

7 Sentyabr 2015, 11:46

Bu gün səhər saatlarında Ermənistan hökumətinin binasında fövqəladə hadisə baş verib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik xidmətinin 36 yaşlı əməkdaşı Lyudviq Ovannisyan intihar etmək məqsədilə özünü güllələyib.

Başından yaralanan Ovannisyan ağır vəziyyətdə 1 saylı Universitet Kliniki Xəstəxanasına çatdırılıb. Onun hazırda reanimasiya olduğu, həkimlərin həyatını xilas etmək üçün çalışdıqları bildirilir.

Təhlükəsizlik xidməti əməkdaşının intihar etmək istəməsinin səbəbi hələ ki açıqlanmır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...