Modern.az

Xalq artisti İlham Əsgərovla vida mərasimi keçirilib

Xalq artisti İlham Əsgərovla vida mərasimi keçirilib

Təhsil

7 Sentyabr 2015, 11:56


Xalq artisti İlham Əsgərovla vida mərasimi keçirilib. APA-nın məlumatına görə, vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, aktyorun sənət dostları iştirak edib.

Ə. Vəliyev çıxış edərək İ. Əsgərovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən, ömür yolundan danışıb və onun yoxluğunu Azərbaycan mədəniyyəti üçün itki kimi dəyərləndirib.

Vida mərasimindən sonra İ. Əsgərovun cənazəsi dəfn olunmaq üçün Masallı rayonuna yola salınıb.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı