Modern.az

Ermənistanda növbəti etiraz aksiyası

Ermənistanda növbəti etiraz aksiyası

Təhsil

7 Sentyabr 2015, 20:40


"Vanadzor Kimya sənaye" zavodunun işçiləri Ermənistanın Lori vilayətinin administrasiyası qarşısında etiraz aksiyası keçirib.

Bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Aksiya bu gün keçirilib. İşçilər 9-10 aydır ödənilməyən əmək haqlarının verilməsini tələb ediblər. Lori vilayətinin qubernatoru Artur Nalbandyan etirazçılarla görüşərək onlara yardım edə bilməyəcəyini söyləyib. Qubernatorun cavabından sonra aksiya iştirakçıları beynəlxalq əhəmiyyətli Vanadzor-Alaverdi avtomobil yolunu kəsiblər. Polis onlara mane olmağa çalışıb. 

Qeyd edək ki, zavod işçiləri bir ay öncə eyni tələblərlə etiraz aksiyası keçirmişdi.(Report)

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!