Modern.az

259 nəfər deputatlığa namizədlik üçün MSK-ya müraciət edib

259 nəfər deputatlığa namizədlik üçün MSK-ya müraciət edib

Təhsil

9 Sentyabr 2015, 16:08


Noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 259 nəfər namizədliklərinin qeydiyyata alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, namizəd olmaq üçün müraciətlərinə baxılma müddəti sentyabrın 13-dən oktyabrın 2-dək davam edəcək.

Müraciətlər təsdiq edildikdən sonra namizədliyi qeydə alınan şəxslər haqqında məlumatlar MSK-nın internet səhifəsində yerləşdiriləcək.  

Vüsalə QƏZƏNFƏRQIZI

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı