Modern.az

Rövnəq Abdullayevin yeni müavinləri təyin edildi

Rövnəq Abdullayevin yeni müavinləri təyin edildi

Təhsil

10 Sentyabr 2015, 17:12


Azərbaycan Cüdo Federasiyasının yeni vitse-prezidentləri təyin edilib.

Modern.az xəbər verir ki, federasiyanın yeni vitse-prezidentləri “Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqov, Olimpiya çempionu Elnur Məmmədli, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov seçilib.  

Cüdo üzrə beynəlxalq dərəcəli hakim Elman Babayev isə federasiyanın baş katibi təyin edilib.  

Bu gün keçirilən mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rövnəq Abdullayev bildirib ki, məqsəd Azərbaycan cüdosundakı mövcud probləmləri tezliklə aradan qaldırmaq, yaxşı nəticələr əldə etməkdir.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı