Modern.az

Prezident öz qızını baş nazirin müavini təyin etdi

Prezident öz qızını baş nazirin müavini təyin etdi

Təhsil

11 Sentyabr 2015, 16:12


Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz qızı Dariqa Nazarbayevanı baş nazirin müavini təyin edib. Modern.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Dariqa Nazarbayeva Qazaxsıatn Respublikasının baş nazirinin müavini təyin olunub”.

Buna qədər Dariqa Nazarbayeva ölkə parlamentinin vitse-spikeri vəzifəsində çalışırdı.

Dariqa Nazarbayeva Qazaxıstan prezidentinin 3 qızından böyüyüdür. 52 yaşlı Dariqa Nazarbayeva siyasət elmləri doktorudur. Onun keçmiş həyat yoldaşı Rahat Əliyev bu il fevralın 24-də Vyanada saxlanıldığı təcridxanada özünə qəsd etmişdi.

Cütlüyün Nurəli, Aysultan adlı oğulları və Venera adlı qızları var.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı