Modern.az

Azərbaycanda orta məktəbdə yanğın

Azərbaycanda orta məktəbdə yanğın

Təhsil

14 Sentyabr 2015, 09:44


Biləsuvarda orta məktəbdə yanğın hadisəsi baş verib.

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Təzəkənd kəndində ümumi sahəsi 1561 kv.m olan birmərtəbəli 18 sinifdən ibarət orta məktəbin sahəsi 15 kv.m olan direktor otağı yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində məktəbin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!