Modern.az

İlhamə Quliyeva Brilliant Dadaşovaya səsləndi: “Quş səsi ilə oxumasın”

İlhamə Quliyeva Brilliant Dadaşovaya səsləndi: “Quş səsi ilə oxumasın”

Təhsil

14 Sentyabr 2015, 14:06

Xalq artisti İlhamə Quliyeva ATV-nin “Onlar” verilişinə maraqlı açıqlamalar verib.

Modern.az axşam.az-a istinadən xəbər verir ki, İlhamə digər xalq artisti Brilliant Dadaşovanın oxuduğu “Neyləmişəm” mahnısından danışıb:

“Neyləmişəm” mahnımın oxunmasına qadağa qoymuşam. Hansı müğənni oxusa, onunla bağlı şok açıqlamalar verəcəm. Quş səsi ilə oxumasın. Pis oxuyub, bərbad günə qoyub. Mahnının ilk ifaçısı mənəm. Buna görə də məndən icazə alınmalıdır. Bu yaxınlarda bir nəfərdən soruşurlar ki, “Bu mahnını İlhamə xanım oxuyub”. Cavab verir ki, “Hə, o da oxuyub. Mən Türkiyədə bir ifaçıdan eşitmişəm”. Sən nə danışırsan? Buynuzun qaşınırsa, get divara sürt. Mənim sənətim, yaşım az deyil. Özlərini yığışdırsınlar. Nisə Qasımovanın da (“Yalvarıram” -  red.) mahnısını icazəsiz oxuyub. Nisə xanım həmin bəstənin möhürünü vurub. Onun-bunun paltarını geyinib, yerişini yeriyə bilməzlər”.

Müğənni ifaçıların açıq-saçıq geyimlərini də tənqid edib:

“Belə hərəkətləri edənlərin 60-dan çox yaşı var. Sifəti dartdırmaqla, yanağı çuğundur etməklə deyil. Baş yekə, özü balaca... Yaşı 60-ı keçib, lüt soyunub klip çəkdirir. Olmayan bədən formanı kimə göstərirsən? Bunu edən Aygün olub və möhürünü də vurub. Səndə hər şey sünidir, təbii yoxdur. Özünü kimə göstərirsən?”.

Nigeriyalı oğlan uşağını övladlığa götürən İ.Quliyeva bu xeyriyyə işini yenidən təkrarlayacağını söyləyib:

“Qız övladı götürmək istəyirəm. Bu dəfə Azərbaycandan bir uşaq götürəcəm. Allah məni yaxşılıq etmək üçün yaradıb. Mənə pislik edənin həyatında çətinlikləri, problemləri olur. Mənə dəymək olmaz”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı