Modern.az

YAP İdarə Heyəti iclası yekunlaşdırdı - Seçki siyahısı AÇIQLANIR

YAP İdarə Heyəti iclası yekunlaşdırdı - Seçki siyahısı AÇIQLANIR

Təhsil

15 Sentyabr 2015, 16:14


Bu gün Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. 

Modern.az saytı xəbər verir ki, iclas artıq yekunlaşıb, toplantəda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunaraq təsdiqlənib.

Bir qədər sonra YAP-ın deputatlığa namizədlər siyahısı açıqlanacaq.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib.

Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb: “Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...