
ABŞ-da seçkiqabağı debatda iştirak edən Respublikaçılar Partiyasından prezidentliyə namizəd keçmiş dövlət başçısı Corc Buşun qardaşı Ceb Buş bir vaxtlar marixuana çəkdiyini boynuna alıb. Modern.az xarici mediaya istinadən bildirir ki, siyasətçinin etirafına görə, bu vərdiş uzaq keçmişdə qalıb.
“40 il əvvəl marixuana çəkmişəm. Bunu etiraf edirəm və əminəm ki, mənim anam indi mənim dediklərimi eşidib sevinəcək”, - Ceb Buş debatın digər iştirakçıları tamaşaçılar qarşısında belə deyib.
Onu da qeyd edək ki, Buş ilk amerikalı siyasətçi deyil ki, açıq şəkildə marixuana çəkdiyini etiraf edir. 2014-cü ilin əvvəllərində buna bənzər etirafı Ağ evin indiki rəhbəri Barak Obama da etiraf edib.
Modern.az