Modern.az

Rauf Arifoğlu namizədlik haqda hələ danışmaq istəmir

Rauf Arifoğlu namizədlik haqda hələ danışmaq istəmir

Təhsil

17 Sentyabr 2015, 11:33

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu parlament seçkilərində deputatlığa namizəd olub-olmayacağı ilə bağlı Modern.az-ın sorğusuna cavabında bildirib ki, bu barədə hələ danışmaq istəmir:

Rauf Arifoğlu deyib ki, seçkilərdə deputatlığa namizəd olacağı halda hansı dairədən namizədliyini irəli sürəcəyini başqa mətbuat orqanlarında açıqlamayacaq. “Namizədliyimi irəli sürəndə bu barədə ilk açıqlamanı “Yeni Müsavat” qəzetinə və yaxın ətrafımdakı saytlara verəcəm”.

Bundan əvvəl yayılan məlumatlarda R.Arifoğlunun 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizəd ola biləcəyi açıqlansa da, baş redaktorun tərəddüd etdiyi də söylənilir.

Vüsalə Qəzənfərqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı