Modern.az

Həyat yoldaşı: “Nemət Pənahlının səhhəti pisləşib”

Həyat yoldaşı: “Nemət Pənahlının səhhəti pisləşib”

Təhsil

17 Sentyabr 2015, 12:37

Həyat yoldaşı Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlı ilə görüşüb. Bu barədə Modern.az saytına açıqlama verən Həcər Pənahlı deyib ki, görüş iki gün əvvəl baş tutub:

“Saxlanma şəraiti əvvəlki kimidir. Amma səhhəti yaxşı deyil. Bildiyiniz kimi, Nemət bəy şəkər xəstəliyindən əziyyət çəkir”.

Həcər Pənahlı deyib ki, həyat yoldaşı xəstəliyi səbəbindən müalicə müəssisəsinə köçürülməsi üçün müraciət edib: “Əslində onun müalicə müəssisəsinə köçürülməsini gözləyirdik. Amma nədənsə heç bir xəbər yoxdur.

Ümumiyyətlə, onun saxlandığı şərait səhhəti üçün əlverişli deyil. Ora havasızdır, gün ərzində hərəkətsiz qalır. Bütün bunlar isə onun xəstəliyini daha da ağırlaşdırır. Xəstəliyinə görə gündəlik həbsxanada verilən “Diabeton” dərmanını qəbul edir, vəssalam”.

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub. Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı