
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmir rayonuna səfərə gedib.
Dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkı ziyarət edib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.
Modern.az