Modern.az

TQDK jurnalistləri mükafatlandırdı - SİYAHI

TQDK jurnalistləri mükafatlandırdı - SİYAHI

Təhsil

17 Sentyabr 2015, 15:20


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün qəbul kampaniyasını başa çatırıb. Cari ildə keçirilən müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən artıq şəxs iştirak edib. Komissiya tərəfindən son 6 ay ərzində vətəndaşlara təqdim etdiyi elektron xidmətlər istifadəçi sayına görə daim birinci yerdə olub.
Bu sözləri TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi tədbirdə bildirib

Onun sözlərinə görə, “Elektron hökumət” bülletenində hər ay dövlət qurumları üzrə “Elektron Hökumət” portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumat dərc olunur. Həmin məlumatlara əsasən cari ilin avqust ayına kimi TQDK-nın təqdim etdiyi 15 elektron xidmət növündən 4167385 dəfə istifadə olunub ki, bu da bir təşkilat üzrə rekord göstəricidir.

Tədbirdə bildirilib ki, 2015-ci ilin Azərbaycan mətbuatı üçün əlamətdar olması nəzərə alınaraq TQDK tərəfindən KİV nümayəndələri arasında müsabiqə elan edilib.

Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirilməsi üçün TQDK rəhbərliyi tərəfindən müsabiqə komissiyası yaradılıb. Bütün yazılarla komissiya üzvləri tanış olubvə ayrı-ayrılıqda qiymətləndiriblər. Verilən qiymətlər əsasında qaliblər müəyyənləşdirilib.

Müsabiqə 2 nominasiya üzrə aparılıb:

2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına aid ən yaxşı məqalə nominasiyası;

I yer - 800 manat. Bu nominasiya üzrə Xeberler.az xəbər portalının əməkdaşı Məltəm Talıbzadə qalib seçilib.

II yer - 600 manat. Bu mükafata “Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Kazımov layiq görülüb.

III yer - 400 manat. Müsabiqə komissiyası tərəfindən 2 nəfər eyni balla qiymətləndirildiklərinə görə mükafata Lent.az xəbər portalının əməkdaşı Kəmalə Quliyeva və Trend.az xəbər portalının əməkdaşı İlhamə İsabalayeva layiq görülüb.

2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına aid ən yaxşı televiziya reportajı nominasiyasında da mükafat fondu yuxarıdakı kimi bölünüb. Sadəcə bu nominasiya üzrə 3 yerə elə həmin sayda süjet təqdim edilib ki, Komissiya tərəfindən həmin süjetlər arasında qiymətləndirilmə aparılıb.

Ən yaxşı televiziya reportajı nominasiyası.

I yer - 800 manat. Bu nominasiyada İctimai televiziyanın əməkdaşı Ülviyyə Əlləzova qalib elan olunub.

II yer- 600 manat. Bu nominasiyada qalib Azərbaycan televiziyasının əməkdaşı Ramin Qurban seçilib.

III yer – 400 manat. Bu mükafata isə ATV-nin əməkdaşı Kərəm Ələsgərovun təqdim etdiyi reportaj layiq görülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı