Modern.az

Ermənistandakı türk toponimləri dəyişdirildi

Ermənistandakı türk toponimləri dəyişdirildi

Təhsil

17 Sentyabr 2015, 17:17

Ermənistan hökuməti bugünkü iclasında ölkədəki türk mənşəli bütün toponimlərin, o cümlədən kənd adlarının erməniləşdirilməsi barədə qərar verib.

Modern.az saytı Ermənistan KİV-nə istinadla xəbər verir ki, adları dəyişdirilən yaşayış məntəqləri arasında Tavuş vilayətindəki Tovuz kəndi də var. Kənd bu gündən Tavuş adlanacaq. Zəngəzurda yerləşən Aldərə kəndi Alvank, Hələc kəndi Açanan, Soflu kəndi Njde, Yuxarı Gödəkli kəndi Vardavank və Pəyxan kəndi isə Nor Astxaberd adlanacaq.

Bununla yanaşı, farsaca “yeni vadi” mənasını verən Nüvədi kəndinin adı Nrnadzor olacaq.

Yalnız Şurnux kəndinin adı əvvəlki qaydada saxlanılıb.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı