
“Ədalət” qəzetinin təsisçisi, deputat Aqil Abbas parlament seçkilərində yenidən iştirak etməyi düşünür. O, Modern.az-a açıqlamasında deyib ki, bundan əvvəl iki dəfə eyni dairədən deputat seçilib:
“İndi də gedib həmin ərazidə camaatla görüşəcəyəm. Seçicilərim desələr ki, namizədliyinizi verin, onda sənədlərimi Dairə Seçki Komissiyasına təqdim edəcəyəm. Onlar mənim keçmiş seçicilərimdir. 10 ildir onların deputatıyam. Ona görə, məni yenidən deputat görmək istəyib-istəmədikləri ilə bağlı onlarla məsləhətləşməyə gedəcəyəm. Razı olsalar, təzədən verəcəyəm. Desələr, yox, qayıdacağam Bakıya”.
Deputat onu da bildirib ki, seçdiyi dairədən artıq bir nəfər YAP-dan öz namizədliyin irəli sürüb:
“YAP-dan bir nəfər namizəd irəli sürüblər. Hazırda 4 saylı məktəbin direktorudur. Tanıyıram, çox tərbiyəli, ləyaqətli, ağıllı oğlandır. Mən də camaatla görüşəndən sonra qəti qərar verəcəyəm”.
Leyla Əfqan