Modern.az

Binəqədidə ən fəal namizəd Madər Musayevdir ®

Binəqədidə ən fəal namizəd Madər Musayevdir  ®

Təhsil

26 Oktyabr 2010, 10:34

Bu günlərdə 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə namizədlədən birinin Seçki Qərərgahının hazırlayaraq mətbuata ötürdüyü təbliğat yazısında əks olunan “6 namizədlə seçkiyə gedən Binəqədi rayonu öz namizədlərinin əksəriyyətini ümumiyyətlə tanımır. Rayon səviyyəsində tanınmış namizədlərin əksəriyyəti isə bu günədək heç bir təbliğati iş qurmayıblar. Hətta namizədlərin tam əksəriyyətinin rayon ərazisində seçki qərargahları belə fəaliyyət göstərmir. Sakinlərin bu məsələ ilə bağlı mövqeyi isə qısaca belədir: “Biz heç öz deputatımızın üzünü görməmişik, o birilərini hardan tanıyaq?” fikirləri həqiqəti əks etdirmir.
10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə bitərəf namizəd Hacı Madər Musayevin Seçki Qərərgahı cəmiyyəti çaşdıran, seçki prosesinin ən mühüm təbliğat-təşviqat mərhələsində seçiciləri yanlış yönləndirən bu kimi informasiyaların normal siyasi mədəniyyətə və sağlam rəqabət şəraitində mübarizəyə uyğun gəlmədiyini bəyan edir. Oxucuların, seçicilərin və “qara piar”la məşğul olan bəzi namizədlərin bir daha nəzərinə çatdırırıq ki, oktyabrın 15-25 aralığında Hacı Madər Musayevin özünün və vəkillərinin iştirakı ilə Binəqədi qəsəbə klubunda ağsaqqallarla (19.10.2010), 1, 2, 3-cü mədən (22.10.2010), Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi (23.10.2010), Binəqədi qəsəbəsi 42, 43-cü korpus (22.10.2010), Gülüstan yaşayış massivi döngə 12, 13  (23.10.2010), 18, 19, 20-ci korpus (24.10.2010), 93-cü korpus (25.10.2010) seçiciləri ilə görüş keçirilib.   

Oktyabrın 19-da, saat 15.00-da 10 saylı Binəqədi üçüncü Seşki Dairəsindən namizədliyini müstəqil şəkildə irəli sürən, bitərəf Hacı Madər Musayevin Seçki Qərərgahının Binəqədi qəsəbəsində seçicilərlə görüşü keçirilib. Görüşdə ağsaqqallar, qəsəbədə məskunlaşan məcburi köçkünlər və digər təbəqələrin nümayəndələri iştirak ediblər.   

Hacı Madər Musayevin vəkili Niyaz Niftiyev uzun illərdir ölkənin ictimai-siyasi həyatında iştirak edən namizədin vaxtilə ümummilli lider Heydər Əliyevin, indi isə onun layiqli davamçısı prezident İlham Əliyevin siyasətini dəstəkləyən ziyalılarımızdan olduğunu söyləyib: “M.Musayev hər hansı rəsmi status – vəzifə daşımasa da millət vəkili kimi neçə illərdir ki, Azərbaycanın inkişafına çalışır, Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirir, prezident İlham Əliyev siyasətinin isə uğurlu təbliğatçısı kimi çıxış edir. Hacı Madər həm də yerini bilən, zamanında danışan, vaxtını xeyirxah əməllərlə keçirən ziyalılardandır”.

N.Niftiyev bildirib ki, M.Musayev növbəti beş il üçün də Milli Məclisə seçiləcəyi təqdirdə, seçicilərin və dövlətin uğurlu daxili siyasətinə arxalanaraq bir sıra işlərin həllinə çalışacaq: “Əhalinin gəlir əldə etmək imkanları genişləndiriləcək və yoxsul təbəqənin sayının əhəmiyyətli dərəcədə azaldılması istiqamətində dövlətin həyata keçirdiyi siyasəti dəstəkləyəcək; təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün bərabər imkanların yaradılmasına nail olacaq, orta məktəblərdə yüksək qiymətlərlə təhsil alan şagirdlərə təqaüdlərin verilməsi ənənəsini davam etdirəcək, pulsuz səhiyyə xidmətinin inkişafından ötrü reallaşdırılan dövlət siyasətini təbliğ edəcək. Bu məqsədlə həm dövlətin səhiyyə qurumları, həm də icra strukturları ilə əlaqələri daha yüksək səviyyəyə çatdıracaq; sosial infrastrukturu inkişaf etdirəcək, kommunal xidmətlər sisteminin daha da təkmilləşdirilməsi məqsədilə dövlətin icra strukturları qarşısında məsələ qaldıracaq; ünvanlı dövlət sosial yardımının təyinatında mövcud olan şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin bu prosedurlarda daha fəal iştirakının təmin olunmasına səy göstərəcək; sahibkarlığın inkişafı istiqamətində fəaliyyət göstərən qurumlar arasında səmərəli əməkdaşlığı təmin edəcək, seçiləcəyi dairənin hüdudlarında yeni iş yerlərinin yaradılması, dövlətin düşünülmüş məşğulluq strategiyası və sosial siyasətini dəstəkləyəcək; Binəqədi və Biləcəri qəsəbələrinin ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlərin davam etdirilməsinə yardımçı olacaq və s.”

Görüşdə çıxış edən digər vəkil, professor Şahrza Ağayev seçki prosesinin 1-ci mərhələsinin uğurla başa çatdığını, növbəti 2-ci təbliğat-təşviqat mərhələsinə start verildiyini bildirib. Hacı Madər Musayevin namizədliyinin təsdiq olunmasından ötrü tələb olunan imzaları verən seçicilərə təşəkkürünü bildirən Ş.Ağayev deputatlığa namizədin fəaliyyətinin göz önündə olduğunu söyləyib. Ş.Ağayev bildirib ki, M.Musayev ötən beş il ərzində seçicilərin sosial problemlərinin həllində müvafiq icra strukturları qarşısında qaldırdığı bir şox problemlər müsbət həll olunub: “Təbii ki, bu işlərin görülməsində dövlətin və icra strukturlarının xidmətləri əvəzsizdir. M.Musayev də seçicilərinə biganə qalmamış, onların problemlərinin həllinə səy göstərmişdir. Ötən beş ildə təkcə Binəqədi qəsəbəsi ərazisində 179, 182 nömrəli məktəblərin həyətyanı sahələrində əlavə korpusların tikilməsi, 24 nəfər əlaçı şagirdə pul mükafatlarının verilməsi, 2005-2010-ci illərdə qəsəbədaxili və məhəllələrarası yollara 57 km uzunluğunda asfalt örtüyünün çəkilməsi, 30 min əhalini içməli su ilə təmin edən su nasosxanasının əsaslı təmiri və s. işlər məhz M.Musayevin seçicilərə qayğısı nəticəsində öz müsbət həllini tapmışdır”. 

Oktyabrın 22-də, saat 15.00-da 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə  bitərəf Hacı Madər Musayevin vəkillərinin Binəqədi qəsəbəsi  I, II və III mədən ərazisində olan korpus sakinləri ilə görüşü keçirilib. Görüşdə yüzdən çox vətəndaş – seçici iştirak edib.  

Toplantıda çıxış edən Madər Musayevin Seçki Qərərgahının koordinatoru Ağabala Musayev ötən beş ildə görülən işlərdən danışıb. A.Musayev bildirib ki, Binəqədi qəsəbəsində görülən işlərin böyük əksəriyyətində M.Musayevin təşəbbüsü danılmazdır.   

Hacı Madər Musayevin vəkili Niyaz Niftiyev isə ötən seçkilərdə namizədin qələbəsini reallığa çevirən amillərdən danışıb: “M.Musayevin qələbəsini şərtləndirən birinci amil, onun ümummilli lider Heydər Əliyev ideyalarını yerlərdə təbliğ etməsidir. Bu gün isə Prezident İlham Əliyevin siyasətini dəstəkləyən M.Musayev dövlət başçısının “xalq arasında, xalqla birlik” tezisinə hər zaman əməl edən millət vəkillərindəndir”.

N.Niftiyev bildirib ki, M.Musayev növbəti beş il üçün Milli Məclisə seçiləcəyi təqdirdə Binəqədi qəsəbəsində yarımçıq qalan bir sıra işlərin həllinə çalışacaq. Bu işlərin elə də ciddi olmadığını diqqətə çatdıran N.Niftiyev həyat davam etdikcə, ortaya yeni-yeni problemlərin çıxdığını, dövlətin bilavasitə iştirakı ilə onlarında da zamanında aradan qaldırıldığını söyləyib: “Ötən dövrdə sosial infrastruktur inkişaf etdirilib, kommunal xidmətlər sistemi daha da təkmilləşdirilib. Qəsəbədə sahibkarlığın inkişafı istiqamətində fəaliyyət göstərən qurumlar arasında səmərəli əməkdaşlıq təmin edilib, yeni iş yerləri yaradılıb, dövlətin düşünülmüş məşğulluq strategiyası və sosial siyasəti dəstəklənib”.

Vəkil Əlisafa Haqverdiyev isə Madər Musayevin təşəbbüsü ilə qəsəbənin təhsil və səhiyyə sahəsində movcud olam problemlərinin ötən beş ildə aradan qaldırıldığını söyləyib. Ə.Haqverdiyev bildirib ki, M.Musayev orta məktəblərdə yüksək qiymətlərlə təhsil alan şagirdlərə təqaüdlərin verilməsi ənənəsini son 10 ildir davam etdirir.

Görüşdə vətəndaşlardan Q.Həsənəv, E.Etibarlı və digərləri çıxış edərək M.Musayevin ötən beş ildəki fəaliyyətini müsbət qiymətlədiriblər.

Oktyabrın 23-də, saat 15.00-da 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə bitərəf namizəd Hacı Madər Musayevin vəkillərinin Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi, 2-ci döngədə yerləşən binaların sakinləri ilə görüşü keçirilib. 

Hacı Madər Musayevin vəkili Niyaz Niftiyev seçkilərin ümummilli məsələ olduğunu və hər bir vətəndaşın da seçkilərdə aktiv iştirak hüququnun olduğunu söyləyib. Azərbaycanda münbit seçki mühitinin formalaşdığını diqqətə çatdıran M.Musayevin vəkili seçiciləri bu şəraitdən istifadə etməyə çağırıb.  

N.Niftiyev ölkədə, xüsusilə də Bakı və onun ətraf qəsəbələrində aparılan yenidənqurma, abadlıq, kommunal infrastrukturun yaxşılaşdırılması kimi irimiqyaslı işlərdən danışıb və bütün bu uğurların arxasında prezident İlham Əliyevin düşünülmüş sosial siyasətinin dayandığını söyləyib. O, Dövlət Büdcəsinin sosial yönümlü xərclərinin məhz prezident İlham Əliyevin göstərişi ilə ildən-ilə artırıldığını bildirib.

Biləcəridə görülən işlərin dövlətin iqtisadi və sosial siyasətinin tərkib hissəsi olduğunu vurğulayan N.Niftiyev əhalinin mövcud problemlərinin vaxtında aradan qaldırılmasında millət vəkili kimi Hacı Madər Musayevin də əvəzsiz xidmətləri olduğunu söyləyib: “Ötən beş ildə Madər Musayevin təşəbbüsü ilə Biləcəri qəsəbəsində bir çox işlər görülüb. Madər Musayev bir növ vətəndaşla dövlətin icra strukturları, bələdiyyə qurumları arasında körpü rolunu oynayıb. Ötən müddətdə qəsəbənin hər iki hissəsini birləşdirən yeraltı körpü istifadəyə verilib və onun açılışında Cənab Prezident şəxsən iştirak edib. Qəsəbənin 12 küçəsində işıqlandırma sistemi tamamilə yeniləşdirilib, 11 saylı Uşaq polikilinikası əsaslı təmir edilib, bir çox binaların qarşısında xeyir-şər evləri tikilib, bəzilərində əsaslı təmir aparılıb. Qəsəbə əlili, müharibə veteranı, məcburi köçkün ailələri üçün yaşayiş evləri tikilib. Eyni zamanda qəsəbənin Dağlıq küçəsində yeni məscid binası tikilib, bir sıra küçələrə 600 tondan çox asfalt döşənib, qaz xətti çəkilib, 1000 kub metr tutumunda su anbarı tikilib, 2 ədəd yaşayış binasını istiliklə təmin edəcək istixana tikilib və s.” 

N.Niftiyev onu da əlavə edib ki, qəsəbə sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlik tədbirlər bu gün də davam etdirilir. Vəkil 7 noyabr seçkilərində seçiciləri  fəal olmağa və Hacı Madər Musayevə səs verməyə çağırıb: “Tanıdığınız insana səs verin, etimadınızı doğruldanı seçin”. N.Niftiyev bildirib ki, M.Musayev növbəti beş il üçün Milli Məclisə seçiləcəyi təqdirdə Biləcəri qəsəbəsində yarımçıq qalan bir sıra işlərin həllinə çalışacaq.

Daha çox seçicilərin çıxışları üzərində qurulan görüşdə prezident İlham Əliyevin apardığı siyasət dəstəklənib. Seçicilərdən Həsən Qasımov, Cavanşir Hüseynov, Nadir Səmədov, İsmayıl Şahmərdanov, İlham Qayıbzadə, Zöhrab Müslümov, Bolu Qurbanov və başqaları Hacı Madər Musayevin millət vəkili kimi onlara göstərdiyi qayğıdan danışıblar. Qeyd ediblər ki, Hacı Madər Musayev bitərəf namizəd olmasına baxmayaraq, hər zaman ədalətli və obyektiv mövqe nümayiş etdirərək Azərbaycan prezidentinin fəaliyyətini dəstəkləyir: “Biz də bu və digər səbəbləri nəzərə alaraq 7 noyabr parlament seçkilərində Hacı Madər Musayevə səs verəcəyik.”     

Oktyabrın 25-də, saat 17.30-da 10 saylı Binəqədi üçüncü Seşki Dairəsindən bitərəf namizəd Hacı Madər Musayevin vəkilləri Binəqədi qəsəbəsi 93-cü korpusda yaşayan seçicilərlə görüşü keçirilib. 

Hacı Madər Musayevin vəkili Niyaz Niftiyev seçiciləri 7 noyabr 2010-cu il tarixdə ölkədə keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıb. N.Niftiyev bildirib ki, ölkəmizdə parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılıb.  

Namizədin vəkili Ağabala Musayev seçiciləri indidən məntəqələrə gedərək adlarının seçici siyahılarında olub-olmamasını dəqiqləşdirmələrini tövsiyyə edib.

Digər vəkil Şahrza Ağayev deputatlığa namizədin fəaliyyətinin nəyinki Binəqədi, Biləcəri, bütün ətraf qəsəbələrin sakinlərinə bəlli olduğunu söyləyib. Ş.Ağayev bildirib ki, M.Musayev ötən beş il ərzində seçicilərin sosial problemlərinin həllində bir çox nailiyyətlərə imza atıb.

Görüşdə çıxış edən seçicilər bildiriblər ki, Hacı Madər Musayevin təkcə son beş illik müsbət fəaliyyəti, onun növbəti beş il üçün də millət vəkili seçilməsinə əsas ola bilər. Onlar 93-cü korpusda mövcud olan bir çox problemlərin həllində Hacı Madər Musayevin yaxından iştirak etdiyini vurğulayıblar. 

Qeyd edək ki, oktyabrın 24-də Binəqədi qəsəbəsində Hacı Madər Musayevin özünün iştirakı ilə iki məhəllə görüşü keçirilib. Görüşdə seçicilərin qarşıdan gələn parlament seçkilərində aktiv iştirakı məsələlərinə toxunulub. 
Görüşlərimiz davam edir.

 

 

 

 

 


Madər Musayevin Seçki Qərərgahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı