Modern.az

“TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsinin tərəfdarıyam”

“TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsinin tərəfdarıyam”

Təhsil

22 Sentyabr 2015, 17:30

Mətbuatda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilərək funksiyalarının Təhsil Nazirliyinə veriləcəyi ilə bağlı təkliflər səsləndirilir. TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi nə dərəcədə realdır?

Təhsil üzrə ekspert Şahlar Əsgərov Modern.az-a bildirib ki, TQDK həqiqətən Təhsil Nazirliyinin tabeçiliyinə keçərsə, bu, müsbət istiqamətdə atılan addım olar:

“TQDK-nın nazirliyin tabeliyinə verilməsinin tərəfdarıyam. TQDK qarşısında duran məqsəd və vəzifələri layiqincə yerinə yetirmir. Hesab edirəm ki, TQDK Təhsil Nazirliyinə birləşdirilərsə, məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş, orta təhsil də daxil olmaqla tələbə qəbulunu özü müəyyən edərək keçirsə, iş birliyi yaranar və bölünmə olmaz. Bu zaman mövcud problemlər və bir sıra məsələlər də öz həllini tapa bilər”.

Vüsalə Qəzənfərqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı