Modern.az

Seçicilər Gülər Əhmədovaya inanırlar ®

Seçicilər Gülər Əhmədovaya inanırlar ®

Təhsil

26 Oktyabr 2010, 15:15

Oktyabrın 25-də Yeni Azərbaycan Partiyasının 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədi, Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Məhəmməd Hadi və cavanşir küçələrində seçicilərlə səyyar görüşlər keçirdi. Millət vəkili sakinlərlə həmsöhbət oldu, onların problemlərini dinlədi. Sakinlər də onları narahat edən məsələlər barədə deputatlığa namizədi məlumatlandırdılar. M. Hadi küçəsi, 97 ünvanında yaşayan sakinlər bildirdilər ki, onlar Yasamal rayonunu Milli Məclisdə təmsil etdiyi 10 il ərzində xanım parlamentarinin fəaliyyətini yaxından izləyiblər. M. Hadi küçəsi, 111, 107 saylı mənzilin sakini Elmira Mürsəlova dedi ki, o bir xanım kimi parlamentdə Xətai ikinci dairəsini qadın millət vəkilinin təmsil etməsini arzulayır: «Əminəm ki, biz xanım millət vəkilinə dərdimizi daha normal, daha rahat danışa biləcəyik. Xanım seçicilər kişi millət vəkillərinə müraciət etdikdə, istər-istəməz çəkinə-çəkinə danışırlar. Amma xanım millət vəkilinə müraciət etdikdə dərdi-sərimizi rahat danışa biləcəyik. Odur ki, bizim Gülər xanıma daha çox ehtiyacımız var».
Digər seçicilər də çıxışlarında ötən müddət ərzindəki fəaliyyəti ilə seçicilərin rəğbətini qazanmış G. Əhmədovaya səs verməyin vacibliyini vurğuladılar.
cavanşir küçəsində keçirilən görüşdə bu küçənin sakini Zəhra Qafarova G. Əhmədovanın çıxışlarını tez-tez televiziyadan izlədiyini, bu çıxışların onda rəğbət doğurduğunu söylədi: «Şəxsən mən bu gün işdən tez gəlmişəm ki, Gülər xanımla görüşə bilim. Televiziyadakı çıxışlarından sonra Gülər xanıma çox böyük hörmətim yaranıb. Onun çıxaşlarında uşaq hüquqlarının, qadınların hüquqlarının qorunması, dövlətçilik, işğal olunmuş torpaqlarımız, diaspor məsələləri xüsusi yer tutur. Şəxsən mən bu fəaliyyətinə görə Gülər xanıma təşəkkür etmək istəyirəm. Kasıbın, problemlə üzləşən adamın əlindən kim tutursa, Allah onun ömrünü uzun etsin. Bizə kömək edən hər kəsə Allah da kömək olsun».

Daha bir seçici qadın - Məlahət Məhərrəmova ailə üzvləri ilə birgə G. Əhmədovaya səs verəcəklərini bildirdi: «Bu vaxtadək bizi Milli Məclisdə kişi millət vəkilləri təmsil ediblər. İndiyədək belə olub. Dərdimizi də deyə bilməmişik. Gülər xanım bu dəfə bizim dairəni seçib. Gəlin, biz də onu seçək. Mən əminəm ki, Gülər xanımın sözü ilə əməlləri eynidir. Qədəmləriniz mübarək. Şəxsən bizim ailədə səsvermə hüququ olan hamı noyabrın 7-də seçkiyə gəlib sizə səs verəcək. Dünən (srağagün-red.) İctimai Televiziyada da siz çıxış edirdiniz. Tam səmimi deyirəm, bu çıxışı çox bəyəndik. İnanın ki, bu çıxışdan sonra tanıdığım onlarla insan sizə səs vermək qərarına gəlib».

Millət vəkili G. Əhmədova da çıxışlarında sakinləri narahat edən məsələlər barədə öz mövqeyini bölüşdü. Qeyd etdi ki, 10 il ərzində parlamentdə Yasamal rayonunu təmsil edib: «Bilirsiniz ki, mən parlamentdə 10 il Yasamal rayonunu təmsil etmişəm. Partiyamızın qərarı ilə hazırda namizədliyim 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürülüb. İnanıram ki, bu dairədən millət vəkili seçilsəm, əvvəlki dövrdə olduğu kimi bilik və bacarığımı səfərbər edərək bu dairəni parlamentdə ləyaqətlə təmsil etməyə yönəldəcəm».
 

 

 

 

 


Seçki qərargahı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı