Modern.az

Türkiyədə 12 mühacir öldü

Türkiyədə 12 mühacir öldü

Təhsil

17 Oktyabr 2015, 14:51


Çanaqqalada Ayvaçıq bölgəsindən yunan adası Midilliyə gedən qayıq batıb.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, telefonla yardım istəyən qaçqınlara köməyə gələn Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları 25 nəfəri xilas edib, 12 nəfərin isə meyitini çıxarıb.

Qayıqda 48-lə 52 nəfərin olmağı haqqında məlumatlar əldə edildikdən sonra xilasetmə əməliyyatı başlanılıb.  

Ölənlərin sudan çıxarılan meyitlərinin Babaqala kəndi limanında quruya çıxarılacağı qeyd edilib.

Buna görə Ayvacıq bələdiyyəsi limana çoxlu sayda cənazə maşını göndərib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı