Modern.az

Bakıda institut direktoru vəfat edib

Bakıda institut direktoru vəfat edib

Təhsil

4 Dekabr 2010, 23:09

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli elm xadimi, professor, Zoologiya İnstitutunun direktoru Musa Musayev 89 yaşında vəfat edib. Alimlə vida mərasimi sabah saat 14:00-də Botanika İnstitutunun molekulyar biologiya binasında olacaq. Akademik 2-ci Fəxri xiyabanda dəfn olunacaq. M.Musayev 27 dekabr 1921-ci ildə Gəncə şəhərində doğulub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda baytar həkimi ixtisası alıb. Baytarlıq elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. 2001-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı