Modern.az

Azərbaycanlı siyasətçi Latviyada deputat SEÇİLDİ

Azərbaycanlı siyasətçi Latviyada deputat SEÇİLDİ

Diaspor

22 Fevral 2024, 17:26

Soydaşımız Amil Səlimov Latviya Seyminə deputat seçilib.

 

Modern.az-ın məlumatına görə, o, Latviyada “Sabitlik!” siyasi partiyasının üzvüdür.

 

Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib. Lakin A.Səlimovla eyni partiyadan olan deputat Qloriya Qrevtsovanın mandatı ləğv edildiyi üçün həmyerlimiz parlamentə düşə bilib.

 

Hər iki valideyni azərbaycanlı olan soydaşımız Amil Səlimov 1985-ci ildə anadan olub. 

 

O, həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi olub. Hazırda həmin vəzifədə Kamran Amanzadə fəaliyyət göstərir.

 

Könül Fətullayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti