Modern.az

Xaçmazda tatarların milli bayramı qeyd olunub - FOTO

Xaçmazda tatarların milli bayramı qeyd olunub - FOTO

Diaspor

25 İyun 2024, 14:00

Nabranda təşkil olunan bayram tədbirində tatarların milli musiqi və rəqsləri, Azərbaycan və tatar milli mətbəxinin dadlı təamları, əyləncəli müsabiqələr təqdim edilib.

 

Modern.az xəbər verir ki, bayram şənliyində Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov, Rusiyanın Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini Dəmir Natfullin və başqaları çıxış edərək Sabantuy bayramının ölkəmizdə ənənəvi şəkildə qeyd olunmasını xalqlarımız arasında dostluq münasibətlərinin göstəricisi olduğunu vurğulayıblar.

 

Kənd təsərrüfatı ənənələri və aqrar mədəniyyət ilə bağlı olan Sabantuy tarlalarda məhsul yığımının başa çatması münasibətilə keçirilən bayramdır.

 

Bayram tədbirində tatar estradasının tanınmış nümayəndələri populyar tatar mahnıları, özfəaliyyət kollektivləri isə milli folklor nümunələri ifa ediblər. Pəhləvanlar tatarların milli güləş növü olan kureşdə güclərini sınayıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?