Modern.az

Ukrayna və İran arasında gərginlik - Səfir Kiyevdən qovuldu

Ukrayna və İran arasında gərginlik - Səfir Kiyevdən qovuldu

Dünya

23 Sentyabr 2022, 23:35

Ukrayna hökuməti İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilir ki, İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb. Buna səbəb rəsmi Tehranın Rusiyaya Ukraynada istifadə üçün pilotsuz uçuş aparatları (PUA) verməsi olub.

 

Diqqətə çatdırılıb ki, Rusiya bu PUA-lardan Ukraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı istifadə edir. Həmçinin vurğulanıb ki, silahların ötürülməsi İranın ali rəhbərliyinin açıq şəkildə bəyan etdiyi neytrallıq prinsipinə ziddir.

 

"Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - deyə nazirlik bəyan edib.

 

Qeyd edək ki, Ukrayna ordusu Rusiyaya məxsus İran istehsalı 6 PUA-nı zərərsizləşdirib.

 

Həmçinin oxuyun:

Ukraynada İranın kamikadze PUA-ları məhv edildi

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi