Modern.az

Ukrayna əhalisinin 83%-i NATO üzvlüyünü dəstəkləyir 

Ukrayna əhalisinin 83%-i NATO üzvlüyünü dəstəkləyir 

3 Oktyabr 2022, 20:57

Ukrayna vətəndaşlarının 83%-i ölkələrinin NATO-ya üzv olmasını istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Reytinq Qrupunun sorğusunda qeyd olunub.

 

Sorğu oktyabrın 1-2-də 2000 respondent arasında keçirilib.

 

Reytinq Qrupu NATO üzvlüyünü dəstəkləyənlərin faizinin Ukraynada aparılan sorğuda indiyə qədər qeydə alınan ən yüksək göstərici olduğunu bildirib. Yalnız 4% bloka qoşulmanın əleyhinə, 9% isə neytral olduğunu bildirib.

 

Ümumilikdə isə ölkə üzrə iyun ayından bəri NATO üzvlüyünə dəstək 7 faiz artıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok