Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Prezidentlər Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə ediblər.
Ərdoğan Ukrayna məsələsinin hamının xeyrinə sülh yolu ilə həlli üçün əllərindən gələni etməyə hazır olduqlarını diqqətə çatdırıb.